Adətən 3-6 həftə. Məhsul Çindən hava yolu ilə Azərbaycana gəlir, sonra Azərpoçt çatdırır. Daha tez söz vermirik.
Çatdırılma ödənişlidir?+
Bəli, çatdırılma haqqı var. Hər məhsulun səhifəsində qiymətlə birlikdə ayrıca göstərilir — sifarişi təsdiqləməzdən əvvəl dəqiq cəmi görürsən.
Hansı ödəniş üsulları qəbul olunur?+
Hazırda Stripe üzərindən Visa/Mastercard test rejimi. Yaxın həftələrdə Kapital Bank və m10 əlavə olunacaq.
Paket gəlməsə nə olur?+
Təxmini tarixdən 14 gün keçsə destek@cebomarket.com-a yaz (sifariş + izləmə nömrəsi ilə). Azərpoçtla birlikdə paketi axtarırıq və hər halı ayrıca yoxlayıb mümkün həlli tapırıq. Detallı: /qaytarma.
Məhsul zədəli çıxsa?+
Məhsul Çindən uzun yol gəlir — nadir hallarda nəqliyyatda zədə ola bilər. Paketi açanda videoya çək, 3 gün içində şəkil/videonu destek@cebomarket.com-a göndər. Açığı: yeni və kiçik komandayıq və məhsul geri Çinə qaytarıla bilmədiyi üçün hələ hər zədəyə avtomatik geri ödəmə zəmanəti vermirik — amma hər halı ayrıca yoxlayıb ciddi vəziyyətlərdə əlimizdən gələni edirik.
Sifarişi ləğv edə bilərəm?+
Ödənişdən sonra ilk 1 saat içində bizə yaz — tədarükçüyə hələ göndərilməyibsə pulsuz ləğv edirik. Sonra çətinləşir, çünki məhsul artıq Çindən yola çıxır.
Sifarişi izləyə bilərəmmi?+
Tədarükçü izləmə nömrəsi verdikdə sənə e-poçt göndərilir və "Sifarişlərim" səhifəsində göstərilir. İlk 5-7 gün izləmə görünməyə bilər — bu normaldır.
CEBO MARKET kimdir?+
Bakıdakı kiçik komandayıq. Hekayəmiz: /hekaye
Brendlər həqiqidir?+
Məhsullar müstəqil Çin studiyalarından gəlir. Saytda gördüyün "brend" əksər hallarda CEBO-nun seçimidir, dünya markası deyil. Onları öz adımız altında satmırıq — şəffaf olmaq istəyirik.